Satış ortağı sisteminə qeydiyyat

Qısa məlumat

Yeni yaratdığımız satış ortağı sisteminə xoş gəlmisiniz. Burada siz qeydiyyat olub sizə məxsus izləmə linki yaratmaqla xidmətlərimizi dostlarınızla paylaşa bilərsiniz. Əgər dostlarınızdan biri sizin linklə qeydiyyat olub kurs satın alsa siz pul qazanmış olacaqsınız. Sistem həm dostunuzun sizin sayənizdə keyfiyyətli xidmət əldə etməsinə həm də sizin bu tövsiyyə əvəzində müəyyən məbləğ pul qazanmağınıza yardım edəcək. Bununla da bizi tövsiyyə edən müştərilərimizə təşəkkür etmiş olduq.

Necə qoşulaq?

Sistemə qoşulmaq üçün aşağıdakı anket forması doldurub müraciət etmək lazımdır. Bu zaman sistem sizin e-poçt adresinizə istifadəçi adı və şifrə yollayacaq. Bununla da sizin hesabınız hazırdır.

* Required fields

FAQ

İzləmə linki nədir?

İzləmə linki satış ortağı sisteminin sizə təqdim etdiyi, sizə məxsus linkdir. Sizin tövsiyyə etdiyiniz şəxs, sizin linklə sayta keçid etdikdə sistem bunu qeydiyyata alır və satış baş verərsə siz pul qazanırsınız.

Qoşulmaq üçün yaş məhdudiyyəti var?

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi bağlayıb işləmək üçün sizin minimum 15 yaşınız olmaldır.

İzləmə linkini harda paylaşa bilərəm?

İzləmə linkini siz sosial şəbəkələrdə, qruplarda və forumlarda paylaşa bilərsiniz.

Özüm öz izləmə linkimlə satın ala bilərəm?

Satış ortağı sistemi tövsiyyə xarakteri daşıdığına görə sizin öz linkinizlə özünüzün satın aldığınız xidmətlərə görə komissiya hesablanmayacaq.